“Krım körpüsündə törədilən terror aktının təşkilatçısı Ukraynanın hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovdur”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, Krım körpüsündə terror aktının hazırlanmasında iştirak edən 12 nəfər müəyyən edilib, onlardan 8-i saxlanılıb. Bunlardan beşi Rusiya, üçü Ukrayna və Ermənistan vətəndaşlarıdır.
Ukrayna vətəndaşı 1987-ci il təvəllüdlü Vladimir Vasilyeviç Zlob və şəxsiyyəti müəyyən edilmiş daha 5 Rusiya vətəndaşının köməkliyi ilə yükü alan şəxsin Krım Respublikasında mövcud olmayan şirkət olması barədə sənədlər hazırlanıb.
Qurumun məlumatında o da deyilir ki, terrorun törədildiyi bomba Odessadan Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə göndərilib.
Federal Təhlükəsizlik Xidməti həmçinin körpüdə partlayan yük maşınının yoxlanışının əməliyyat görüntülərini də paylaşıb.
Bizim.Media