Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Ukraynaya raket hücumunu araşdıracaq

Hazırda oxunan: Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Ukraynaya raket hücumunu araşdıracaq

98691

Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Ukraynaya kütləvi raket hücumunu araşdırmaq niyyətindədir.

Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bunu məhkəmənin prokuroru Kərim Xan deyib.

"Beynəlxalq hüquq bu əməli törədənlərin cəzalandırılmasını təmin edəcək. Qanun bəzilərinin istədiyi qədər güclü olmasa da, zəif də deyil" - deyə Xan qeyd edib.

Xatırladaq ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və 12 vilayəti raket atəşinə tutub. Nəticədə 19 nəfər ölüb, 105 nəfər yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin