Şuşan Stepanyan Hadruta görə sevgilisindən ayrıldı

Hazırda oxunan: Şuşan Stepanyan Hadruta görə sevgilisindən ayrıldı

985

Ermənistan Müdafiə Nazirliyinin ölkədə Mərkəzləşdirilmiş Məlumat Mərkəzindəki təmsilçisi Artsurun Ovannisyanla Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan arasında olan münasibətlər pozulub.

Bizim.Media xəbər verir ki, uzun illər sevgili olan polkovnik-leytenant Artsurun Ovannisyanla Şuşan Stepanyan arasında ilk mübahisə ordumuzun Xocavənd rayonunun Hadrut qəsəbəsini azad etdikdən sonra baş verib. Hadrutda doğulan Şuşan buna dözə bilməyib, Artsurun qeyrətsizlikdə, Ermənistan ordusunu isə qorxaqlıqda suçlayıb. Bundan sonra iki sevgili arasında əl-qol davası düşüb. Şuşan da münasibətlərə bir dəfəlik son qoyub. Bu barədə ermənilər sosial şəbəkələrdə paylaşım ediblər.

Xatırladaq ki, Şuşan Stepanyanın Ermənistan Müdafiə Nazirliyinin sözçüsü vəzifəsinə təyin edilməsi Arçrun Ovannisyanın təqdimatı ilə olub. Həmin dövrdən bəri Şuşan Stepanyan Artsurun Ovannisyanla sevgili olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin