NATO-nun Baş katibi Yens Stoltenberqlə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bunu Baş katib tviterdə yazıb.
O, Rusiyanın Ukraynanın mülki obyektlərinə hücumunu pisləyib:
“NATO cəsarətli Ukrayna xalqını Kremlin təcavüzünə qarşı mübarizə aparmaq üçün dəstəkləməyə davam edəcək”.
Qeyd edək ki, bu gün Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və digər vilayətləri raket atəşinə tutub. Nəticədə 10 nəfər ölüb, 60 nəfər yaralanıb.
Bizim.Media
Spoke with Foreign Minister @DmytroKuleba & condemned #Russia's horrific & indiscriminate attacks on civilian infrastructure in #Ukraine. #NATO will continue supporting the brave Ukrainian people to fight back against the Kremlin's aggression for as long as it takes.
— Jens Stoltenberg (@jensstoltenberg) October 10, 2022