Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefonla danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski "Twitter"də yazıb.
"Biz hava hücumundan müdafiə sistemimizin gücləndirilməsini, Avropa və beynəlxalq ictimaiyyətin Kremlə qarşı sərt reaksiyasının zəruriliyini, həmçinin Rusiyaya təzyiqin artırılmasını müzakirə etdik. Fransa Ukraynanın yanındadır", - deyə Zelenski deyib.
Bizim.Media