G7 Ukrayna ilə bağlı təcili toplanır

Hazırda oxunan: G7 Ukrayna ilə bağlı təcili toplanır

98412

G7 ölkələrinin təcili iclası keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz rəsmi tviter hesabında paylaşıb. 

O bildirib ki, bu məsələ barədə Almaniya Kansleri Olaf Şoltsla danışıb. Zelenski həmçinin sözügedən iclasda çıxış etmək niyyətində olduğunu qeyd edib. 

Xatırladaq ki, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın Kiyev, Dnepr, Ternopil, Lvov, Obuxov şəhərlərini, eləcə də Jitomir, Xmelnitski vilayətlərini və s. əraziləri raket atəşinə tutub. Hadisə nəticəsində ölən və yaralılar var. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin