MTX-nın sabiq direktorundan Paşinyana sərt CAVAB: “Doğru ol”

Hazırda oxunan: MTX-nın sabiq direktorundan Paşinyana sərt CAVAB: “Doğru ol”

98248

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Mikael Ambarçumyan baş nazir Nikol Paşinyanın təhlükəsizlik xidmətinin keçmiş rəhbərliyinə qarşı ittihamlarına cavab verib.

Bizim.Media xəbər verir ki, Ambarçumyan öz Facebook səhifəsində baş nazirin arqumentlərini əsassız adlandırıb, niyə belə düşündüyünü açıqlayıb, həmçinin hökumət başçısını doğru olmağa çağırıb.

Sentyabrın 14-də parlamentdə çıxış edən Paşinyan qeyd edib ki, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərlərinin çoxu müxalifətə keçib və “Milli Təhlükəsizlik Xidmətinin ehtiyatda olan Zabitlər İttifaqı”nı yaradıblar.
Paşinyanın sözlərinə görə, strukturun keçmiş rəhbərləri casusluq fəaliyyəti ilə məşğul olublar.

Ambarçumyan xatırladıb ki, bu gün MTN-də rəhbərlik də daxil olmaqla, demək olar ki, 100% eyni adamlar işləyir.

“Deməli, əgər baş nazir xidmətin işindən narazıdırsa, onun iddiaları mövcud işçilərə də şamil edilməlidir.Amma başa düşürəm ki, bu adamlar Paşinyanın tapşırıqlarını səssizcə yerinə yetirdikcə, həm də hökumətin təhlükəsizliyini təmin etdikcə, o zaman onlara qarşı heç bir şikayət olmayacaq. Öz mövqelərini tərk edib hakimiyyətin əleyhinə danışmağa başlayan kimi isə Paşinyanın “qara siyahısına düşəcəklər”, Ambarçumyan yazıb.

Qeyd edək ki, Ambarçumyan 2020-ci il oktyabrın 8-dən noyabrın 9-dək Qarabağda 44 günlük müharibə zamanı MTN rəhbəri vəzifəsini müvəqqəti icra edib. 

Vəzifədən getdikdən sonra bəzi keçmiş həmkarları ilə birlikdə “Milli Təhlükəsizlik Xidmətinin ehtiyatda olan Zabitlər İttifaqı”nı yaradıb, vaxtaşırı hakimiyyətin hərəkətlərini tənqid edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin