Amerikalı aktyor Leonardo Di Kaprio İnstagram səhifəsində ABŞ-ın 46-cı prezidenti Co Baydenə açıq məktub göndərib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.
Aktyorun fikrincə, iqlim böhranına qarşı durmağın vaxtı gəlib.
"Mən dünyanın biznes liderlərinə, siyasətçilərə, həmkarlar ittifaqlarına və ətraf mühitin mühafizəsi hərəkatına qoşuluram və prezident Co Baydeni iqlim sahəsində lider olmağa çağırıram", - deyə Di Kaprio yazıb.
Bizim.Media