İran Danimarkadakı Kopenhagen səfirliyinə bıçaqlı bir şəxs tərəfindən hücum edildiyini açıqlayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İran Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamaya görə, Kopenhagendəki səfirlik şəhərciyinə daxil olan şəxs əlindəki bıçaqla hədə-qorxu gələrək səfirliyin dayanacağındakı maşınlara zərər verib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan səfir Legend Nadipura zəng edərək hücumla bağlı məlumat alıb.
Hücuma reaksiya verən Abdullahiyan, “Təəssüf ki, Avropanın mərkəzində diplomatik toxunulmazlığı olan bir qadına və səfirə belə hücum edilir və polis vaxtında müdaxilə etmir” deyib.
Səfir Nadipur həmçinin Danimarka polisini əvvəlki rəsmi xəbərdarlıqlara baxmayaraq gec müdaxilə etməkdə ittiham edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:00 / 07.10.2022
İranın Danimarkadakı səfirliyinə bıçaqla HÜCUM OLUNDU
Hazırda oxunan: İranın Danimarkadakı səfirliyinə bıçaqla HÜCUM OLUNDU
Hazırda oxunan: İranın Danimarkadakı səfirliyinə bıçaqla HÜCUM OLUNDU
98064
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.