Britaniyadan ÇAĞIRIŞ – “Edillidə törədilmiş kütləvi qətllərin günahkarları məsuliyyətə cəlb olunsun”

Hazırda oxunan: Britaniyadan ÇAĞIRIŞ – “Edillidə törədilmiş kütləvi qətllərin günahkarları məsuliyyətə cəlb olunsun”

98027

Böyük Britaniya Qarabağ müharibəsi zamanı hərbi cinayətlərdə günahkar olan şəxsləri məsuliyyətə cəlb etməyə çağırır. 

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlığın aşkar edilməsi şərh edilərkən bildirilib.

“Böyük Britaniya hökuməti hər zaman hərbi cinayətlərin araşdırılmasının vacibliyini vurğulayıb. Xocavənddəki kimi vəhşiliklərin törədildiyi yerlər araşdırılmalıdır. Hərbi cinayətlərə görə günahkar olan bütün şəxslər məsuliyyətə cəlb olunmalıdır”, - səfirlik vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-dan Edillidəki məzarlıqla bağlı AÇIQLAMA: "Günahkarlar məsuliyyətə cəlb edilməlidir"


2021-ci ilin fevralından 2022-ci ilin aprelinə qədər işğaldan azad edilmiş Şuşa rayonu, Daşaltı kəndi, Xocavənd rayonu, Edilli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış ekshumasiya zamanı, həmçinin işğaldan azad edilmiş Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli, Kəlbəcər və Zəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən 82 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən edilərək götürülüb.

Sentyabrın 14-30-da Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş daha bir kütləvi məzarlıqda 18 nəfərin qalıqları tapılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin