Madonna Roma papasına sataşdı

Hazırda oxunan: Madonna Roma papasına sataşdı

98025
1989-cu ildə çəkdirdiyi klipdə xaçları yandıran və  İsa Məsih obrazını canlandıran kişi ilə öpüşən Madonna,  Katolik Kilsəsi tərəfindən lənətlənmişdi. 

Dini qurumlarla münasibəti heç vaxt yaxşı olmayan pop ulduz, konsertlərində rahibə geyimində çıxaraq, ehtiraslı rəqslər edib. 

Katolikləri tez-tez əsəbiləşdirən Madonna, bu dəfə konsertində Roma papasına salam göndərib.
Filadelfiya əyalətində verdiyi konserti sırasında “Popey-Wopey də bura gəlirmiş, bu mahnını ona ərmağan etmək istəyirəm”x9d - deyə pop ulduz bildirib.

Katolik kilsəsi tərəfindən üç dəfə lənətləndiyini xatırladan pop kraliçası, “bu o deməkdir ki, Vatikan məni vecinə alır”x9d - deyə vurğulayıb

Konsert turnesi Roma papasının səfəri  ilə eyni vaxta düşməsi ilə zarafatlaşan Madonna,  “Papa məni gizlicə izləyir. O, ya məni təqlid edir, ya da mənə aşiqdir”x9d - deyə bildirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin