Noyabrda keçiriləcək Brüssel görüşündə sülhün ilk işartıları görünəcək – Son ŞƏRTLƏR

Hazırda oxunan: Noyabrda keçiriləcək Brüssel görüşündə sülhün ilk işartıları görünəcək – Son ŞƏRTLƏR

98017

Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Amma oxşar bəyanatların Ermənistan tərəfindən dəfələrlə verilməsinə baxmayaraq hər dəfə bir səbəb taparaq İrəvan öhdəlikləri yerinə yetirməkdən boyun qaçırıb. Analitiklərin fikirnə əsaslansaq, bu dəfə deyə bilərik ki, Paşinyan hakimiyyəti fakt qarşısındadır. Necə deyərlər, tutmağa artıq divar qurtarıb. Hətta Ermənistanın ən yaxın dəstəkçisi olan Fransa lideri Makron da bu bəyanatlardan məmnun olduğu görünür.

Elə politoloq Amid Əliyev bildirir ki, Praqa görüşünün nəticələri Azərbaycan üçün olduqca vacib və əhəmiyyətli olub:
 

MÖVZU İLƏ BAĞLI:

Son toqquşma Brüssel görüşünün nəticələrini ləğv etdimi? – TƏHLİL


“Birinci ona görə ki, əgər Ermənistan indiyə qədər Azərbaycanın ərazi bütövlüyünü sözdə tanıdığını deyirdisə, indi isə bunu yazılı bəyanatla bildirdi. Buna qarant rolunda Aİ və Fransa çıxış edir. İkincisi isə sərhədlərlə bağlı olan məsələdir ki, burada da əsas məqamlar müəyyən olundu. Ermənistan 1991-ci ildə “Alma-Ata” sazişi əsasında Azərbaycan ərazi bütövlüyünü və deməli sərhədlərini də tanıdı. İndi əsas vəzifə sərhədlərlə bağlı yaranmış Komissiyanın üzərinə düşür ki, onlarında növbəti iclası artıq bu ayın axırında olacaq”.

Noyabrda isə iki ölkə liderlərinin növbəti görüşü Brüselldə yenidən baş tutacaq. Politoloq hesab edir ki, bu görüşdə artıq irəli addımdan söhbət etmək mümkün olacaq: 

“Dünən Praqa Sammiti çərçivəsində görüşlər zamanı Azərbaycanın irəli sürdüyü təkliflər demək olar ki, tam olaraq qəbul olunub. Əsas diqqətçəkən məqam odur ki, həm Aİ, həm də Fransa da bununla razılaşıb.

Azərbaycan tərəfindən təkidlə sərhədlə bağlı beynəlxalq missiyanın göndərilməsi təklifi tamamilə rədd edilib. Bu Azərbaycan üçün qəbuledilməzdir. Azərbaycan özü sərhədlərini qorumaq və bu prosesə nəzarət etmək iqtidarındadır. Ermənistan isə buna razılıq verdi. Bu da öz növbəsində ilk öncə bölgədə xidmət aparan Rusiya Federasiyası sərhədçilərinin imicinə zərbədir”.

Ekspert hesab edir ki, ilin sonuna kimi nəzərdə tutulan işlər vaxtında və qrafikə uyğun getsə yekun sülh sazişinin imzalanmasını ehtimal etmək olar. 

“Bu məqamda Ermənistanın başqa alternativinin olmaması artıq hamıya məlumdur. Növbədə nəzərdə tutulan işlərin real olaraq icrasını təmin etməkdir. Bu istiqamətdə Azərbaycan haqlı və ədalətli mövqeyini müfafiə etməklə və sülhün bərqərar olması üçün lazım olan addımları atmaqda davam edəcək”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin