ATƏT dördtərəfli Praqa görüşünün NƏTİCƏLƏRİNİ ALQIŞLAYIR 

Hazırda oxunan: ATƏT dördtərəfli Praqa görüşünün NƏTİCƏLƏRİNİ ALQIŞLAYIR 

98016

ATƏT ötən gün Praqada İlham Əliyev, Şarl Mişel, Emmanuel Makron və Nikol Paşinyan arasında  keçirilmiş dördtərəfli görüşün nəticələrini alqışlayır. 

Bizim.Media xəbər verir ki, bu barədə ATƏT sədrliyinin "Twitter" hesabında məlumat paylaşılıb. 

Qeyd olunur ki, bu, regionda dayanıqlı sülh yolunda vacib addımdır və ATƏT bu prosesi dəstəkləyir. 

Xatırladaq ki, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin