Qarabağda “ölüm savaşı”x9d, yaxud Sarkisyan üçün “rus ruletkası”x9d

Hazırda oxunan: Qarabağda “ölüm savaşı”x9d, yaxud Sarkisyan üçün “rus ruletkası”x9d

97957
Ermənistan prezidenti Serj Sarkisyanın “Qarabağ Ermənistanın ayrılmaz hissəsidir”x9d bəyanatı ilə Azərbaycan torpaqlarının işğal edildiyi faktını təsdiqləməsi bu ölkənin yerli KİV-də də ciddi müzakirələrə yer açıb.

Publika.az xəbər verir ki, Ermənistan mediası bunu “Sarkisyan üçün rus ruletkası”x9d adlandırır.

Qeyd edək ki, “rus ruletkası”x9d Rusiya tarixinə “ölüm yarışı”x9d deyə düşüb. Son dövlət Dağlıq Qarabağ ətrafında yaranan vəziyyət də Sarkisyan üçün məhz “ölüm yarışı”x9d olaraq dəyərləndirilir.

Misal üçün, Ermənistanın “1in”x9d saytı yazır: “İctimai şüuraltında Rusiyanın Ermənistanın təhlükəsizliyinin zamini olması haqda fikirlər artıq sona çatıb. Rusiya artıq bizim strateji müttəfiqimiz deyil, İran, ABŞ və Avropa kimi münasibətlərimizin olduğu ölkəyə çevrilib. Halbuki Sarkisyan hakimiyyəti bunu qəbul etmək istəmir. Anlamaq istəmir ki, Qarabağ Rusiyanın əlində Azərbaycanı qazanmaq üçün kartdır və İrəvan gec-tez “təslimçi sülhə”x9d məcbur ediləcək”x9d.
 
Sayt bunun Sarkisyan, ümumilikdə Ermənistan üçün “rus ruletkası”x9d olduğunu yazıb: “Ölümlə qalım barmağın tətiyi çəkdiyi an qədər yaxındır”x9d.

Daha bir erməni saytı “lragir.am”x9d isə Qarabağda Sarkisyan üçün “ölüm savaşı”x9dnın başlandığını qeyd edib.

“Proseslər Ermənistanın ziyanınadır. Lakin Sarkisyan bunları görmür, yaxud görmək istəmir. Görünən odur ki, Moskva Qarabağla bağlı öz qərarını verib və maraqlarının təmin edilməsi üçün tarixi müttəfiqi adlandırdığı Ermənistanı gözdən çıxara bilər. Sarkisyan isə başını itirib və nə edəcəyini bilmir. Bundan sonra nə olacağını proqnozlaşdırmaq da çətindir. Amma o dəqiqdir ki, Qarabağda Sarkisyan üçün “ölüm savaşı”x9d başlayıb”x9d, - deyə erməni saytı yazıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin