Yaponiya Kadırov, Kabayeva, Şoyqu və Medvedevin qohumlarına sanksiya tətbiq etdi

Hazırda oxunan: Yaponiya Kadırov, Kabayeva, Şoyqu və Medvedevin qohumlarına sanksiya tətbiq etdi

97918

Yaponiya hökuməti 80-dən çox rusiyalıya, eləcə də Rusiyadan olan 9 təşkilata qarşı məhdudiyyətlər tətbiq edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Kommersant” nəşri yayıb. 

Bu qərar “Donetsk və Luqansk Xalq Respublikaları”, həmçinin Ukraynanın Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı olub.

Çeçenistan rəhbəri Ramzan Kadırovun, baş nazir Mixail Mişustinin, Federasiya Şurasının sədri Valentina Matviyenkonun, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin, müdafiə naziri Sergey Şoyqunun yaxınlarına məhdudiyyətlər qoyulub. Sanksiyalar arasında Qərb ölkələrinin prezident Vladimir Putinin yaxın dostu hesab etdiyi gimnast Alina Kabayeva da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin