“Ukraynanın şərq vilayətlərinin sakinləri Rusiyaya üstünlük verir” – İlon Mask 

Hazırda oxunan: “Ukraynanın şərq vilayətlərinin sakinləri Rusiyaya üstünlük verir” – İlon Mask 

97735

Amerikalı milyarder, “Tesla” və “SpaceX”in qurucusu İlon Mask Ukraynanın şərq hissəsinin sakinlərinin əksəriyyətinin Rusiyaya üstünlük verdiyini söyləyib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə “Twitter”də münaqişənin sülh yolu ilə həlli planını tənqid edən senator Lindsey Grahama cavabında bildirib.

Belə ki, Graham tvitində "İlon Maska hörmət edirəm - mən təklif edərdim ki, o, Rusiyanın Ukraynaya təcavüzü faktlarını başa düşməlidir" - deyə qeyd edib.  
Maskın isə buna cavabı gecikməyib: 

“Əgər insanların iradəsinin vacib olduğuna inandığınızı fərz etsək, biz istənilən münaqişə bölgəsində orada yaşayanların iradəsini dəstəkləməliyik. Ukraynanın əksəriyyəti birmənalı olaraq Ukraynanın bir hissəsi olmaq istəyir, lakin bəzi şərq hissələrində ruslar çoxluq təşkil edir və Rusiyaya üstünlük verirlər". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin