İsveçli deputatdan İran qadınlarına DƏSTƏK - Saçını kəsdi - VİDEO 

Hazırda oxunan: İsveçli deputatdan İran qadınlarına DƏSTƏK - Saçını kəsdi - VİDEO 

97642

İsveç parlamentinin deputatı Abir Əl Sahlani İranda hökumət əleyhinə etirazlara dəstək olaraq saçını kəsib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, deputat bunu Strasburqda parlamentin tribunasında çıxışı zamanı edib.

O, “Qadın, həyat, azadlıq” sözlərini deyərək qayçı ilə saçlarını kəsib. 

Daha sonra deputat ölkənin “Aftonbladet” nəşrinə bununla bağlı açıqlama verib. 

“Mən bu qocanın mızıldanmasından (red. İran Prezidentini nəzərdə tutur) çox yorulmuşam, xüsusən də qadın hüquqlarına gəldikdə. Bunu İran qadınlarının səsinin burada, ümumiyyətlə hər yerdə eşidildiyini göstərmək üçün etdim”, - deyə Əl-Səhlani müsahibəsində bildirib. 

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin