Saakaşvilinin vəziyyəti AĞIRDIR - Məhkəmə zamanı huşunu itirdi

Hazırda oxunan: Saakaşvilinin vəziyyəti AĞIRDIR - Məhkəmə zamanı huşunu itirdi

97633

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili məhkəmə iclası zamanı huşunu itirib. 

Bizim.Media xəbər verir ki, bu barədə siyasətçinin vəkili Massimo Danqelo jurnalistlərə açıqlamasında bildirib.

Vəkil bildirib ki, prokurorluq nümayəndələri Saakaşvilinin xəstəxana otağına soxularaq məhkəməni təşkil etməyə cəhd etdikdən sonra yüksək təzyiq nəticəsində o, huşunu itirib. 

Danqelonun sözlərinə görə, nevroloq tərəfindən yoxlanılan Saakaşvilinin vəziyyəti ağır kimi qiymətləndirilib.  

Saakaşvilinin xəstəxanada keçirilməsi plamlaşdırılan məhkəməsi oktyabrın 4-ü tarixinədək təxirə salınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin