“Azərbaycan ölkəmiz üçün xüsusi önəm daşıyır”- İndoneziya Nümayəndələr Palatasının sədri - FOTO 

Hazırda oxunan: “Azərbaycan ölkəmiz üçün xüsusi önəm daşıyır”- İndoneziya Nümayəndələr Palatasının sədri - FOTO 

97621

Milli Məclisin sədri Sahibə Qafarova “Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitində iştirak çərçivəsində İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri xanım Puan Maharani ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etmək üçün İndoneziya Respublikasının paytaxtı Cakarta şəhərində səfərdə olan Sahibə Qafarova görüşdən məmnunluğunu ifadə edərək onu G20 Parlament Spikerlərinin 8-ci Sammitinə dəvət etdiyinə görə Puan Maharaniyə təşəkkür edib.

O, bu platformada həm Azərbaycan Respublikası parlamentinin spikeri, həm də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri kimi iştirak etdiyini vurğulayaraq, tədbirin müasir dünyada hər kəsi narahat edən çox aktual mövzulara həsr olunduğunu bildirib. 
Milli Məclisin spikeri ərazilərimizin Ermənistan tərəfindən işğalı dövründə İndoneziyanın BMT Baş Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının qəbul etdiyi qətnamələrə qoşulduğunu qeyd edərək, Azərbaycanın haqq işini dəstəkləməsini yüksək qiymətləndirib. 

Söhbətdə Milli Məclisin sədri Sahibə Qafarova İndoneziyanın Qoşulmama Hərəkatında Azərbaycanın təşəbbüslərini dəstəklədiyini də vurğulayıb. 

İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri xanım Puan Maharani Azərbaycanın ölkəsi üçün xüsusi önəmə malik olduğunu qeyd edərək, deyib ki, Azərbaycanın İndoneziyadakı səfirliyi Cənub–Şərqi Asiyada açılmış ilk səfirliyidir. İkitərəfli əlaqələrin hazırkı inkişafı məmnunluq doğurur. Puan Maharani ümidvar olduğunu bildirib ki, əlaqələrimiz inkişaf etməyə davam edəcək. 

Söhbət zamanı Nümayəndələr Palatasının sədri dövlətlərarası əlaqələrin möhkəmləndirilməsində hər iki ölkənin parlamentlərinin əhəmiyyətli rolundan danışıb. 

Nümayəndələr Palatasının sədri İndoneziya parlamentində fəaliyyət göstərən dostluq qrupunun Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək bəyanatlarını xatırladıb. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin