ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı Kiyevə 625 milyon dollarlıq hərbi yardımın növbəti tranşının ayrılması qərarını açıqlayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.
“Prezident Bayden Ukraynaya lazım olan müddətdə kömək etməyə davam edəcəyinə söz verib. Xüsusən də bu gün o, təhlükəsizlik yardımının 625 milyon dollar məbləğində yeni tranşını təqdim edib”, - press-relizdə deyilib.
Söhbət əlavə silah və texnikadan gedir. Bura HIMARS sistemləri, digər müxtəlif artilleriya sistemləri və sursatları, zirehli texnikalar daxildir.
C.Bayden həmsöhbətinə ABŞ-ın Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri davam etdirməyə hazır olduğunu vurğulayıb.
Xatırladaq ki, bu gün Ukrayna və ABŞ-ın dövlət başçıları arasında telefon danışığı olub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
06:31 / 05.10.2022
ABŞ-dan Ukraynaya növbəti YARDIM – 625 milyon dollar
Hazırda oxunan: ABŞ-dan Ukraynaya növbəti YARDIM – 625 milyon dollar
Hazırda oxunan: ABŞ-dan Ukraynaya növbəti YARDIM – 625 milyon dollar
97446
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.