“National Geographic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqla bağlı video paylaşıb.
Bizim.Media xəbər verir ki, fotoqraf bu haqda şəxsi “İnstagram” hesabında paylaşım edib.
“Azərbaycan - Qarabağ. Edilli kəndində 1992-1993-cü illərdə Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilən 12 nəfərin kütləvi məzarlığı aşkar edilib.
4200 azərbaycanlı itkin düşüb və Ermənistan onların başına gələnlərlə bağlı heç bir məlumat vermir.
Bu, 1992-ci ildən 2020-ci ilə qədər ermənilərin yaşadığı bu kənddə tapılan üçüncü kütləvi məzarlıqdır”,-deyə Deqati qeyd edib.
Bizim.Media