Yaponiya Rusiya konsulunu "arzuedilməz şəxs" elan edib

Hazırda oxunan: Yaponiya Rusiya konsulunu "arzuedilməz şəxs" elan edib

97386

Yaponiya hökuməti Xokkaydo prefekturasının Sapporo şəhərindəki Rusiya Baş Konsulluğunun əməkdaşını persona-non qrata (arzuedilməz şəxs) elan edərək ölkədən çıxarır.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yosimas Xayasi oktyabrın 4-də keçirdiyi növbədənkənar mətbuat konfransında bildirib.

O, bu addımın Rusiyanın Vladivostok şəhərindəki Yaponiya Baş Konsulluğu konsulunun persona-non-qrata elan olunmasına cavab tədbiri kimi atıldığını bildirib.
Nazirin sözlərinə görə, Rusiya diplomatının Yaponiya ərazisini tərk etməsi üçün oktyabrın 10-dək vaxt verilib.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Yaponiyanın Vladivostok şəhərindəki konsulu Motoki Tatsunorini arzuedilməz şəxs elan etmişdi. Yaponiyalı diplomat artıq Rusiyanı tərk edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin