Kanadadan bu iranlılara SANKSİYA  

Hazırda oxunan: Kanadadan bu iranlılara SANKSİYA  

97200

Kanada SEPAH-ın komandanı general-mayor Hüseyn Salamiyə sanksiya tətbiq edib. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kanada xarici işlər naziri Melani Colinin bəyanatında bildirilib. 

SEPAH-ın Qüds qüvvələrinin komandanı general İsmayıl Qaani də sanksiyaya məruz qalıb. 

Bundan başqa, sanksiya tətbiq edilənlər arasında İranın əxlaq polisi və onun rəhbəri, eyni zamanda, İranın kəşfiyyat naziri (ETTELAAT) Seyid İsmayıl Xətib və onun rəhbərlik etdiyi qurum da var. 
Bildirilib ki, ümumilikdə sanksiyalar 25 fiziki və 9 hüquqi şəxsi əhatə edir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin