Çexiyadan vətəndaşlarına ÇAĞIRIŞ - "Rusiyanı tərk edin"

Hazırda oxunan: Çexiyadan vətəndaşlarına ÇAĞIRIŞ - "Rusiyanı tərk edin"

97150

Çexiya öz vətəndaşlarını Rusiya ərazisini tərk etməyə və bu ölkəyə səfərdən çəkinməyə çağırıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda bildirilib. 

“Rusiya Federasiyasının Ukraynaya davam edən hərbi müdaxiləsi və Rusiya Federasiyasında ilk növbədə Avropa İttifaqı və NATO ölkələrinin vətəndaşları üçün təhlükəsizlik vəziyyətinin pisləşməsi təhlükəsi ilə əlaqədar olaraq, Çexiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Rusiya Federasiyasına səfər etməkdən çəkinməyi tövsiyə edir, vətəndaşlarını Rusiya ərazisini tərk etməyə çağırır", - bəyanatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin