Ermənistanın Tavuş vilayətinin Koti kəndi boşalır

Hazırda oxunan: Ermənistanın Tavuş vilayətinin Koti kəndi boşalır

97125
Ermənistanın Tavuş vilayətinin cəbhə xəttində yerləşən Koti kəndi sürətlə boşalır.

Moderator.az-ın Ermənistanın “azatutyun.am”x9d saytına istinadən verdiyi məlumata görə, kənd sakini Aykaz Azibekyan bildirib ki, artıq o da kəndi tərk etmək barədə düşünür. Kənd məktəbində uşaqların sayının 25 faizə qədər azaldığını nəzərə çatdıran A. Azibekyan həm təhlükəsizlik, həm də maddi durumlarının ağır olması səbəbindən başqa çıxış yolu olmadığını söyləyib. A. Azibekyan deyib ki, getməyə yer olsaydı, çoxdan ölkəni tərk edərdilər: “Düşünürük ki, Rusiyaya, yoxsa başqa ölkəyə gedək?! Biz burada yaşamırıq, sadəcə, mövcuduq”x9d.
 
Kənd sakini 52 yaşlı Anna Siradeqyan da yaşayışından şikayət edib: “Nə qədər dözmək olar? Bilmirəm, barəmizdə düşünürlər, ya yox.  Bütün insanlar gecə gərgin vəziyyətdə olur, nə yuxu, nə də sakitlik var. Bunun sonu nə vaxt olacaq? Artıq kənd boşalır. Mən də kəndi tərk edə bilərəm. Kimin imkanı var, Rusiyaya gedir”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin