Axar.az xəbər verir ki, Putin görüş zamanı ikitərəfli əməkdaşlıq və regional məsələləri müzakirə etmək şansı tapdıqları üçün məmnun olduğunu bildirib. xa0xa0
O, Moskvada Mərkəzi Məscidin açılmasının bütün Rusiya müsəlmanları üçün önəmli hadisə olduğunu deyib və Fələstin liderinə açılışa gəldiyi üçün təşəkkür edib. xa0xa0
Mahmud Abbas isə BMT Baş Assambleyasında iştirak etməzdən öncə Putin ilə bölgədəki terror problemini müzakirə etmək istədiyini söyləyib: xa0xa0
“Moskvadan sonra BMT-yə gedəcəyik. BMT-də hansı addımları ata biləcəyimizi sizinlə məsləhətləşmək istədik. Hazırda regionumuzda çox önəmli hadisələr baş verir. Buna görə də sizin fikriniz bizim üçün önəmlidir”x9d. xa0xa0
Qeyd edək ki, bu gün Moskvada Mərkəzi Məscidin açılış mərasimi baş tutacaq.xa0

































































































