Monteneqro Prezidenti Milo Cukanoviç parlamentin buraxılmayacağını deyib.
Bizim.Media xəbər verir ki, M.Cukanoviç parlamentin mandatının qısaldılması ilə bağlı təklifin yenidən müzakirəyə çıxarılacağını vurğulayıb.
“Hazırkı vəziyyətdə ən çox ehtimal olunan ssenari növbədənkənar seçkinin keçirilməsidir. Mövcud şəraitdə konstitusiya prezidentə parlamenti buraxmaq hüququ verir. Məqsəd nə qədər konstruktiv olsa da, konstitusiyanın şərhində çevik olmaq istəmirəm. Baş nazirlə bağlı namizədin yenidən nəzərdən keçirilməsi isə konstitusiyaya ziddir”, - deyə Monteneqro Prezidenti qeyd edib.
Xatırladaq ki, Monteneqroda Baş nazir Dritan Abazoviçin rəhbərlik etdiyi hökumət avqustun 19-da parlamentdə keçirilən etimadsızlıq səsverməsi nəticəsində buraxılıb.
Hökumətin buraxılmasına avqustun 3-də D.Abazoviçin Serb Pravoslav Kilsəsi Patriarxı Porfiriya ilə Monteneqroda Serb Kilsəsinə rəsmi statusun verilməsi ilə bağlı imzaladığı fundamental razılaşma səbəb olub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
							00:44 / 03.10.2022
							
						Monteneqro Prezidenti parlamentin buraxılmayacağını bildirdi
						
							
								Hazırda oxunan: Monteneqro Prezidenti parlamentin buraxılmayacağını bildirdi							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Monteneqro Prezidenti parlamentin buraxılmayacağını bildirdi							
						97000
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































