Hacılar sabah şeytanı daşlayacaq

Hazırda oxunan: Hacılar sabah şeytanı daşlayacaq

96972
“Bu gün bütün azərbaycanlı zəvvarlar Ərəfatdadır. Bu günü burada keçirib, sabah Minada olacaqlar”x9d.
xa0
Bu barədə Publika.az-a azərbaycanlı zəvvar qrupunun rəhbəri Hacı Şahin Həsənli məlumat verib.
xa0
Onun sözlərinə görə, Ərəfat Həccin sütunu hesab edilir, Ərəfatı tərk edən şəxs Həcci yerinə yetirməmiş hesab olunur.
xa0
“Burada insanlar dua edir. Hədislərdə də qeyd olunub ki, burada edilən dualar qəbul olunur, buradan ayrılanda zəvvarların günahları bağışlanır. Simvolik olaraq şeytanı daşlamaq üçün zəvvarlar sabah Mina çölünə gedirlər. Şeytanı daşladıqdan sonra qurban kəsəcəklər, saçlarını kəsdirəcəklər, ziyarət geyimləri olan ehram ayinlərindən çıxaracaqlar. Lakin ziyarət bununla bitmir. Daha sonra Məkkə şəhərində son əməllərini yerinə yetirəndən sonra ziyarət başa çatacaq. Bundan sonra ziyarət 4-5 gün də davam edəcək”x9d.
xa0
Hacı Şahin Həsənli bildirib ki, sentyabrın 29-dan başlayaraq üç-dörd gün ərzində qruplar şəklində geri dönəcəklər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin