Rusiyada dövlət korporasiyalarının idarə heyətinin üzvü olan daha bir iri rus oliqarxının müəmmalı ölümü ilə bağlı rus mətbuatı xəbər yayıb.
Bizim.Media xəbər verir ki, “Rusiya Dəmir Yolları” QSC-nin “Digital Logistics” törəmə şirkətinin kommunikasiyalar üzrə direktoru Pavel Pçelnikov Moskvada vəfat edib.
Hadisə ötən həftə, sentyabrın 28-də baş verib. Polis hazırda Pçelnikovun ölümünü araşdırır.
Pçelnikovun meyiti səhər saat 06:30-da Moskvanın cənubundakı Kolomenskaya sahilindəki mənzilinin eyvanında tapılıb. Ölən Pavel Pçelnikovun 52 yaşı var idi. O, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetini bitirib və “Digital Logistics” MMC-nin (yük daşımaları üzrə ixtisaslaşmış) kommunikasiya direktoru vəzifəsində çalışıb.
“Top Cargo 200” saytında Pçelnikovun güllə ilə öldürüldüyü bildirilir. Pçelnikovun işlədiyi şirkət Rusiya dəmir yolu şəbəkəsini hakerlərdən qoruya bilməməkdə ittiham olunur. Bu, rus qoşunlarının mühüm resurslarla təchizatının ləngiməsinə səbəb olub.
"Biz güman edirik ki, o, şəbəkə infrastrukturunu Ukrayna hakerlərinin hücumlarından qoruya bilməyib", - Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Qeraşenko Blick nəşrinə bildirib.
“Rusiya dəmir yollarında qəzalar baş verib. Bu da işğalçı Rusiya ordusuna hərbi ləvazimatların vaxtında çatdırılmasına mane olub”.
Pçelnikovun ölümü rəsmi olaraq intihar kimi tanınan rus oliqarxlarının zorakılıqla məhv edilməsindən biridir.
Son aylarda "Qazprombank"ın keçmiş vitse-prezidenti, "Qazprom"un top meneceri, "Lukoyl"un direktoru, böyük logistika şirkətinin rəhbəri və digər oliqarxlar "intihar" ediblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:19 / 02.10.2022
Rusiyada daha bir oliqarxın müəmmalı ölümü: Cəsədi balkonda tapıldı
Hazırda oxunan: Rusiyada daha bir oliqarxın müəmmalı ölümü: Cəsədi balkonda tapıldı
Hazırda oxunan: Rusiyada daha bir oliqarxın müəmmalı ölümü: Cəsədi balkonda tapıldı
96971
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.