Putin Ukraynanın 4 subyekti ilə bağlı layihələri Dövlət Dumasına təqdim etdi

Hazırda oxunan: Putin Ukraynanın 4 subyekti ilə bağlı layihələri Dövlət Dumasına təqdim etdi

96965

Putin DXR, LXR, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasının tərkibinə daxil edilməsinə dair konstitusiya layihələrini Dövlət Dumasına təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Duma komitəsinin mətbuat xidməti yayıb. 

Mənbə xatırladır ki, Konstitusiya Məhkəməsi Rusiyaya yeni subyektlərin qəbulu ilə bağlı sənədlər paketini təsdiqləyib.

Sənədə əsasən DXR və LXR respublika statusu əldə ediblər, Zaporojye və Xerson vilayətləri isə indiki adları ilə ayrıca subyektlər kimi qəbul edilib.

Xerson və Zaporojye vilayətlərinin rəhbərləri qubernatorlar, LXR və DXR-də isə respublikaların rəhbərləri adlandırılacaq.

2023-cü ilin sentyabrında dörd subyektin parlamentlərinə seçkilər keçiriləcək.

Yeni regionların rəhbərlərinin səlahiyyətlərini icra edənlər on gün ərzində Rusiya prezidenti tərəfindən təyin ediləcək.

Subyektlərin inteqrasiyası üçün keçid dövrü 2026-cı il yanvarın 1-dək qüvvədədir.

LXR, DXR, Xerson və Zaporojye vilayətləri müqavilələrin imzalandığı gündən Rusiya Federasiyasına qəbul edilmiş sayılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin