Londonda Böyük Britaniya kraliçası II Yelizavetanın tabutu yanında karaulda duran on səkkiz yaşlı əsgərin cəsədi tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.
Yaxınlarının dediyinə görə, on səkkiz yaşlı Cek Burnell-Uilyams sentyabrın 19-da dəfn mərasimini müşayiət edib və monarxın dəfn mərasimindən iki həftə sonra Hyde Park kazarmasında ölü tapılıb.
Polis əməkdaşları gənc britaniyalının ölümünü gözlənilməz hesab edirlər. Eyni zamanda qeyd edirlər ki, Burnell Uilyamsın qəfil ölümündə şübhəli heç nə yoxdur.
Nəşrin yazdığına görə, gəncin ailəsi Cekin “kraliçanı son səfərində müşayiət etmək üçün seçildiyi” üçün çox fəxr edirdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:22 / 02.10.2022
II Yelizavetanın tabutu önündə karaulda duran əsgər öldü
Hazırda oxunan: II Yelizavetanın tabutu önündə karaulda duran əsgər öldü
Hazırda oxunan: II Yelizavetanın tabutu önündə karaulda duran əsgər öldü
96925
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.