İndoneziyanın Malanq şəhərində stadionda iki futbol komandasının azarkeşləri arasında baş verən iğtişaşlar nəticəsində ən azı 127 nəfər ölüb, 180 nəfər isə yaralanıb.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, iğtişaşlar “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyunundan sonra başlayıb.
Polis əməkdaşlarının azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə etməsi izdihama səbəb olub. Ölənlər arasında iki polis əməkdaşı da var.
Yaralıların bir çoxu yolda və müalicə zamanı dünyasını dəyişib.
Bizim.Media