Rusiyadan sanksiyalar tətbiq edən ölkələrə QADAĞA 

Hazırda oxunan: Rusiyadan sanksiyalar tətbiq edən ölkələrə QADAĞA 

96916

Rəsmi Moskva Rusiyaya qarşı nəqliyyat məhdudiyyətləri tətbiq edən ölkələrin şirkətləri tərəfindən malların daşınmasına qadağa tətbiq edib.

Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki,  qərarı Rusiya Federasiyası hökumətinin başçısı Mixail Mişustin imzalayıb.

Qərarın tam mətni hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Qərara əsasən ölkənin vətəndaşlarına və hüquqi şəxslərinə qarşı nəqliyyat sahəsində məhdudlaşdırıcı tədbirlər tətbiq edən xarici daşıyıcılara məxsus, habelə xaricdə qeydiyyatda olan yük nəqliyyat vasitələri ilə Rusiyanın ərazisindən beynəlxalq yük daşımalarına qadağa qoyur.

Qadağa ikitərəfli və tranzit daşımalara, habelə üçüncü dövlətin ərazisindən və ya ərazisinə daşınmalara şamil edilir.

Sənəd oktyabrın 10-dan qüvvəyə minir və 2022-ci il dekabrın 31-dək qüvvədə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin