Ukrayna Ordusu daha 5 ərazini NƏZARƏTƏ götürüb  

Hazırda oxunan: Ukrayna Ordusu daha 5 ərazini NƏZARƏTƏ götürüb  

96890

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Donetsk vilayətinin Liman şəhəri və daha 5 yaşayış məntəqəsindən qoşunların geri çəkildiyini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov son vəziyyətlə bağlı keçirilən brifinqdə bildirib.

O,bildirib ki, Ukrayna hərbçiləri Limanla yanaşı, Yampol, Novoselovka, Şandriqolovo, Drobışevo və Stavki yaşayış məntəqələrini də nəzarət altına alıb.

Qeyd edək ki, hal-hazırda Rusiya Müdafiə Nazirliyində cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirilir. Brifinq Rusiya telekanallarında canlı yayımlanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin