Kaliforniyada yaşayan ermənilər Azərbaycana qarşı növbəti aqressiyalarını nümayiş etdiriblər.
Diasporla İş üzrə Dövlət komitəsindən Bizim.Media-ya verilən məlumata görə, onlar oktyabrın 20-də gecə saatlarında Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin binasının üzərinə nifrət dolu ifadələr, təhqir və söyüş yazmaqla erməni xislətinin dəyişməz olduğunu bir daha sübut ediblər.
Milli zəmində azərbaycanlılara qarşı nifrət çağrışları edən ermənilərin cəzalandırılıması üçün hadisə yerinə polis əməkdaşları çağırılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Hadisə yerinə KİV nümayəndələri də gəliblər.
Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Həmid Azəri bu vandalizm aktını, Ermənistanın Gəncə şəhərinə edilən raket hücumları nəticəsində mülki vətəndaşların, o cümlədən qadın və günahsız uşaqların həlak olmasını, onlarla insanın yaralanmasını hadisə yerinə dəvət olunmuş kütləvi informasiya vasitələrinin nümayəndələrinin diqqətinə çatdırıb.
Bizim.Media