Rusiya hərbçiləri Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasının baş direktoru İqor Muraşovu oğurlayıb.
Bizim.Media "UNIAN" a istinadən xəbər verir ki, bu barədə Ukrayna Atom Enerjisi Agentliyinin prezidenti Petr Kotin məlumat verib.
O, Zaporojye AES-ə nəzarət edən Rusiya hərbçilərindən, eləcə də Ukraynanın bu nüvə obyektində qanunsuz yerləşdirilən Rusiyanın “Rosatom” şirkətinin əməkdaşlarında stansiyanın rəhbərliyinə və şəxsi heyətinə qarşı nüvə terror aktlarını dayandırmağı, baş direktorun dərhal azad olunmasını, müəssisənin təhlükəsiz istismarını təmin etmək üçün öz vəzifəsinə geri qaytarılmasını tələb edib.
P.Kotin bildirib ki, sentyabrın 30-da İqor Muraşov Enerqodar yolunda Rusiyanın hərbi patrulları tərəfindən saxlanılıb:
“Onlar Muraşovun avtomobilini saxlayıb gözlərini bağlayaraq məlum olmayan istiqamətə aparıblar”.
Ukrayna rəsmisi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossiyə, AES üzrə Ümümdünya Atom Təşkilatının rəhbəri Tom Mitçellə Muraşovun təcili azad olunması istiqamətində bütün mümkün tədbirləri görmək üçün müraciət edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:50 / 01.10.2022
Rusiyanın hərbi patrulları Zaporojye AES-in baş direktorunu OĞURLADI
Hazırda oxunan: Rusiyanın hərbi patrulları Zaporojye AES-in baş direktorunu OĞURLADI
Hazırda oxunan: Rusiyanın hərbi patrulları Zaporojye AES-in baş direktorunu OĞURLADI
96789
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.