Türkiyə XİN-dən Ukraynanın ərazi bütövlüyünə DƏSTƏK  

Hazırda oxunan: Türkiyə XİN-dən Ukraynanın ərazi bütövlüyünə DƏSTƏK  

96777

"Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərini ilhaq etmək qərarını rədd edirik". 

Bizim.Media xəbər verir ki, bu Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 

Bəyanatda qeyd olunub ki, Türkiyə 2014-cü ildə keçirilən qeyri-qanuni referendumla Krımın Rusiya tərəfindən ilhaqını da tanımayıb və hər dəfə Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə güclü dəstəyini vurğulayıb. 

“Beynəlxalq hüququn formalaşmış prinsiplərinin kobud şəkildə pozulması olan bu qərarı qəbul etməyimiz mümkün deyil. Biz daha getdikcə daha da ağır forma alan müharibənin danışıqlar yolu ilə əldə ediləcək ədalətli sülh əsasında həllini dəstəklədiyimizi bir daha bildiririk”, - deyə Türkiyə XİN-nin bəyanatında qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin