ABŞ, Kanada və Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, ABŞ Rusiyanın Federasiya Şurasına sanksiya tətbiq edib. Nəticədə, Dumanın 109 deputatı və Şuranın 169 üzvü qara siyahıya salınıb.
Sanksiya siyahısında Baş nazir, müdafiə naziri və Təhlükəsizlik Şurası sədrinin ailələrinin adları da yer alıb. Yeni siyahıda Rusiya Mərkəzi Bankının sədri Elvira Naibullinanın da adı var.
Elvira Naibullinanın adı Böyük Britaniyanın da sanksiya siyahısında yer alır. London həmçinin Rusiya şirkətlərinin mühəndislik, arxitektura və hüquq xidmətlərinə girişini məhdudlaşdırıb.
Kanadanın sanksiya siyahısına isə hüquqi və fiziki şəxslərin adları salınıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:06 / 30.09.2022
Daha 3 ölkə rusiyaya qarşı SANKSİYALAR tətbiq edib
Hazırda oxunan: Daha 3 ölkə rusiyaya qarşı SANKSİYALAR tətbiq edib
Hazırda oxunan: Daha 3 ölkə rusiyaya qarşı SANKSİYALAR tətbiq edib
96758
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.