Britaniyanın müdafiə naziri Kiyevə gəldi

Hazırda oxunan: Britaniyanın müdafiə naziri Kiyevə gəldi

96689

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Kiyevə gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov "Twitter"də bildirib.

“Britaniya müdafiə naziri Uollesin Ukraynaya hər səfəri döyüş meydanına xoş xəbərlər gətirir. NLAWs, zirehli maşınlar, Starstreaks, Brimstones, Böyük Britaniyanın rəhbərlik etdiyi ukraynalı hərbçilər üçün təlim proqramı... Növbəti nə var? Bu gün müzakirə edəcəyimiz bir neçə yaxşı ideyamız var”, - ukraynalı nazir deyib.

Qeyd edək ki, Britaniyanın müdafiə naziri Uolles daha əvvəl "Twitter"də paylaşımında Kiyevə səfər edəcəyindən və ukraynalı həmkarı ilə görüşəcəyindən məmnunluğunu ifadə edib:

“Ukraynaya daha çox hərbi yardımın verilməsini müzakirə etmək üçün bu həftə Kiyevdəyəm. Onların Rusiya təcavüzünə qarşı mübarizəsinə dəstəyimiz güclənir və bu, 2023-cü ilə qədər və ondan sonra da davam edəcək!”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin