”‹Məkkədə mehmanxanada yanğın - 1500 zəvvar təxliyə olundu

Hazırda oxunan: ”‹Məkkədə mehmanxanada yanğın - 1500 zəvvar təxliyə olundu

96678
Məkkədə min beş yüz zəvvar mehmanxanada baş verən yanğına görə təxliyə olunub.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı Mülki Müdafiə Qüvvələri Məkkədəki 15 mərtəbəli mehmanxananın 11-ci mərtəbəsində baş verən yanğını söndürüb.

İlkin xəbərə əsasən, yanğın binanın elektrik naqillərində meydana çıxan problem səbəbindən baş verib. Məlumatda bildirilib ki, zəvvarların həyatı üçün heç bir təhlükə yoxdur və onlar qaldıqları mehmanxanaya qayıdıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin