"Hindistan ənənəvi olaraq Ermənistanı dəstəkləyir, açıq-aydın görünür ki, bəzi silah tədarükləri həyata keçirilə bilər".
Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
“Ermənistan sərhədin delimitasiyası və demarkasiyasını pozmağa çalışır” - Korotçenko
Ekspert qeyd edib ki, silah tədarükü ciddi dəyişikliyə səbəb olmayacaq:
"Hər halda, onlar heç bir kritik rol oynamayacaqlar. Çünki Ermənistan İkinci Qarabağ müharibəsində Azərbaycana məğlub olmuş ölkədir.
Və bu baxımdan ciddi dəyişiklik olmayacaq. Paşinyan üçün bu gün Rusiyadan uzaqlaşmaq istəyinin göz qabağında olduğu və ona görə də silah əldə etmək mənbələrinin də şaxələndiriləcəyi aydındır.
Paşinyan təkcə Hindistandan deyil, ABŞ, Fransa və bir sıra digər NATO ölkələrindən də silah almaq istəyir. Söhbət ondan gedir ki, Ermənistan kasıb, yoxsul ölkədir.
O "güzəştlərlə" silah almağa öyrəşib. Belə olan halda biz görəcəyik ki, Qərb, yoxsa Hindistan Ermənistana güzəştli silah tədarükü etməyə səbr edəcək", - deyə hərbi ekspert əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media