Müxtəlif siyasi partiyaları təmsil edən yeddi almaniyalı deputatdan ibarət nümayəndə heyəti oktyabrın 2-dən 6-dək Tayvanın paytaxtı Taybeydə səfərdə olacaq.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Tayvan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nümayəndə heyətinə Tayvanla əlaqələri kurasiya edən parlament qrupunun sədri Klaus-Piter Vilş başçılıq edəcək.
O, həmkarları ilə birgə ada administrasiyasının rəhbəri Tsay İnven, onun müavini Uilyam Lay, xarici işlər naziri Cozef Vu, parlamentin sədri Yu Sikun ilə görüşəcək, eləcə də yüksək texnologiyalar sahəsində əməkdaşlığı müzakirə etmək üçün elmi parka baş çəkəcək.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin avqustun 2-3-də Taybeyə səfərindən sonra Tayvan ətrafında gərginlik kəskin şəkildə artıb. Səfərin başa çatmasından bir gün sonra Çin Xalq Azadlıq Ordusu Tayvan sularının altı hissəsində raket atışları ilə irimiqyaslı hərbi manevrlərə başlayıb.
Bundan sonra daha bir neçə xarici nümayəndə heyəti, o cümlədən yaponiyalı qanunvericiləri və fransalı senatorlar adaya səfər edib. Çin belə səfərləri təxribat və ölkənin daxili işlərinə müdaxilə hesab edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
04:33 / 30.09.2022
Almaniyalı nümayəndə heyəti Tayvana səfər edəcək
Hazırda oxunan: Almaniyalı nümayəndə heyəti Tayvana səfər edəcək
Hazırda oxunan: Almaniyalı nümayəndə heyəti Tayvana səfər edəcək
96585
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.