“Sentyabrın 27-də “Şimal axını” qaz kəmərinin üç xəttində qəza baş verib. Bununla bağlı absurd “fikirlər” yaranmağa başladı ki, qəzanı Rusiyanın özü edib”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova keçirdiyi brifiqdə bildirib.
Zaxarova Avropanın bu hadisənin arxasında “əsas müttəfiqlərinin” olduğunu qəbul etmədiyini, ancaq nə vaxtsa Brüsselin bütün qitə ölkələrinə törətdiyi əmələ görə cavab verməli olacağını qeyd edib.
XİN rəsmisi həmçinin bildirib ki, “Şimal axını 2” layihəsinin həyata keçirilməsinin əvvəlindən onun həm Rusiyadan, həm də üçüncü ölkələrdən olan bütün iştirakçıları Vaşinqtonun görünməmiş təzyiqinə məruz qalıblar.
“Baş verənlərin səbəblərinin aydınlaşdırılmasında Amerika tərəfinin prezident Baydenin bəyanatları ilə bağlı izahatları mühüm rol oynaya bilər.
Belə ki, qaz kəmərlərinin istismardan çıxarılması ABŞ-a Aİ-yə mayeləşdirilmiş təbii qaz tədarükünü artırmağa imkan verəcək. Çünki, Amerika tərəfi Avropanı Rusiyanın enerji resurslarından “qoparmaq”ğa can atdığını heç zaman gizlətməyib”,-deyə XİN sözçüsü bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:17 / 29.09.2022
“Amerikanın əsas hədəfi Avropanı Rusiyanın enerji resurslarından məhrum etməkdir”-Mariya Zaxarova - VİDEO
Hazırda oxunan: “Amerikanın əsas hədəfi Avropanı Rusiyanın enerji resurslarından məhrum etməkdir”-Mariya Zaxarova - VİDEO
Hazırda oxunan: “Amerikanın əsas hədəfi Avropanı Rusiyanın enerji resurslarından məhrum etməkdir”-Mariya Zaxarova - VİDEO
96575
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.