Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyası Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr dəyərləndirilib.
Ərdoğan görüşdə uzun müddətdir üzərində çalışdıqları Rusiya-Ukrayna əsir mübadiləsinin uğurla başa çatmasından və BMT-nın dəstəyi ilə hazırladıqları İstanbul sazişinin fəaliyyətindən məmnunluğunu ifadə edib.
Türkiyə Prezidenti həmçinin, daha müsbət irəliləyişlərə yol açmaq üçün gərginliyin azaldılması istiqamətində addımların atılmasının lazım olduğunu vurğulayaraq Putindən danışıqlara bir şans verilməsini və Türkiyənin bu prosesdə yardımçı rol oynamağa hazır olduqlarını qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:39 / 29.09.2022
Ərdoğanla Putin arasında telefon danışığı – Ukrayna-Rusiya məsələsi MÜZAKİRƏ EDİLDİ
Hazırda oxunan: Ərdoğanla Putin arasında telefon danışığı – Ukrayna-Rusiya məsələsi MÜZAKİRƏ EDİLDİ
Hazırda oxunan: Ərdoğanla Putin arasında telefon danışığı – Ukrayna-Rusiya məsələsi MÜZAKİRƏ EDİLDİ
96566
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.