Fransa XİN rəsmisinin regiona səfəri Minsk Qrupu ilə bağlı deyil

Hazırda oxunan: Fransa XİN rəsmisinin regiona səfəri Minsk Qrupu ilə bağlı deyil

96407

Xəbər verdiyimiz kimi, Fransa Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy Cənubi Qafqaz regionuna səfər edəcək.

Bizim.Media xəbər diplomatik mənbələrin məlumatına istinadən xəbər verir ki, Rokföyün səfərinin Minsk Qrupunun fəaliyyəti ilə heç bir bağlılığı yoxdur.

Fransa tərəfinin səfərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyi rəsmi sənəddə “Minsk Qrupu” ifadəsi yer almayıb.
Bu onu göstərir ki, rəsmi Paris Bakının diplomatları bu statusda qəbul etməyəcəyini yaxşı anlayır və yeni reallığı qəbul etmək məcburiyyətindədir.

Bundan əlavə, Rokföyla yanaşı, Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri İzabel Düpont da milli nümayəndə heyəti statusunda bölgəyə səfər edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin