"Qondarma Luqansk Xalq Respublikası”nın (“LXR”) “rəhbəri” Leonid Paseçnik Rusiya prezidenti Vladimir Putinə müraciət edərək "LXR"in Rusiyanın tərkibinə daxil olmaq imkanını nəzərdən keçirməyi xahiş edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı BBC telekanalı yayıb.
Xatırladaq ki, sentyabrın 23-dən 27-dək Ukraynanın Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərinin rus ordusu tərəfindən işğal olunmuş hissələrində Rusiyaya birləşmə ilə bağlı qondarma “referendum” keçirilib.
Nəticələrə görə, əhalinin 98 faizi “LXR”də səsvermənin “lehinə” səs verib.
Moskvanın “təyin etdiyi” Xerson vilayətinin işğalçı administrasiyasının rəhbəri Vladimir Saldo da Rusiyaya birləşmək xahişi ilə Putinə müraciət edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:01 / 28.09.2022
İşğal edilən Xerson və Luqansk vilayətlərindən Putinə MÜRACİƏT – “Xahiş edirik ki...”
Hazırda oxunan: İşğal edilən Xerson və Luqansk vilayətlərindən Putinə MÜRACİƏT – “Xahiş edirik ki...”
Hazırda oxunan: İşğal edilən Xerson və Luqansk vilayətlərindən Putinə MÜRACİƏT – “Xahiş edirik ki...”
96272
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.