Sobçak: “Bir vaxtlar tez-tez araq içdiyimə görə utanıram” - FOTOLAR

Hazırda oxunan: Sobçak: “Bir vaxtlar tez-tez araq içdiyimə görə utanıram” - FOTOLAR

9625

Rusiyalı aparıcı Kseniya Sobçak aktyor Nikita Yefremovla söhbəti zamanı etiraf edib ki, nə vaxtsa kifayət qədər azad həyat tərzi sürüb, tez-tez araq içib və ictimaiyyət qarşısına sərxoş vəziyyətdə çıxıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.

Televiziya aparıcısının sözlərinə görə, baş verən bir hadisədən sonra spirtdən imtina etmək qərarına gəlib:

“Buna asanlıqla nail oldum, çünki heç vaxt asılılıq sindromu yaşamamışam”.

“Mən o anı belə xatırlayıram. Səhər saat 6-da hansısa partidən sonra "Puşkin" restoranına gəlirəm və məni məşhur olduğuma baxmayaraq ora buraxmırlar! Yəni, mən artıq elə bir gündəyəm ki, əraziyə yaxın qoymurlar. Bomj kimi! Bu anda başa düşdüm ki,  sonumdur”. O, bu sözləri “YouTube”da yayımlanan "Ehtiyatlı olun, Sobçak!” kanalında deyib.

Öz növbəsində Yefremov qeyd edib ki, o da gənc yaşlarında spirtli içkilərdən həddindən artıq çox istifadə edib:

“Çox xoşbəxtəm ki, bu vərdişdən xilas oldum”.

Hətta o, atası Mixail Yefremovun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verdiyi anda belə, içmək istəməyib. Artist hesab edir ki, alkoqol bu halda onu belə nəticələrə gətirib çıxara bilərdi.

Lakin o, vaxtında dayanıb, sağlam həyat tərzi keçirməyə və psixoterapevtlə işləməyə başlayıb.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin