18-ci əsr qadınlarının əvəzolunmazı - “Çimərlik arabası“ 

Hazırda oxunan: 18-ci əsr qadınlarının əvəzolunmazı - “Çimərlik arabası“ 

96155

“Ah, bu müasir gənclik!” – deyə ötən əsrin insanları dövrümüzün azad adətlərindən şikayət edərək gileylənirlər.

Həqiqətən, bir əsr əvvəl və ya uzun ziyafət donlarının dəbdə olduğu bir dövrün gəncləri azadlıqlarını ya tam yaşamamış, yada həddən ziyadə açıq-saçıqlıqdan uzaq qalmışlar.
Bəs 18-ci əsrdə açıqlıqda zirvə hesab olunan çimərliklər necə təşlik edilirdi?

Qadınların əsrlər əvvəl dənizdə necə çimdiyini bilirsinizmi?

Bizim.Media xəbər verir ki, 18-19-cu əsrlərdə qadınlar çimərlik paltarını geyinərək açıq-aşkar şəkildə günəş vannası qəbul edə bilmirdilər. O zaman çox qəribə bir dənizkənarı etiket qaydası qüvvədə idi və buna istisnasız olaraq hər kəs riayət etməli idi.

Belə ki, ötən əsrdə Britaniya qadınları xüsusi çimərlik maşınlarından istifadə edirdilər.

“Çimərlik arabası“ adlanan bu vasitəylə qadınlar həm dövrün tələblərinə uyur, həm də çimərlikdə dincələ bilirdilər. “Çimərlik arabası“ təxminən 1750-ci ildə İngiltərədə ixtira olunub, qısa zamanda isə ABŞ, Fransa və Almaniyaya yayılıb.

Olduqca sadə şəkildə ixtira edilən bu araba təkətlərlə təchiz olunmuş böyük  çimərlik kabinəsinə bənzəyirdi.

Qadınlar bu kabinəyə girərək dövrün standartlarına uyğun, nisbətən daha örtülü çimərlik geyimlərini geyinir və birbaşa dənizə baş vururdular.

Bu arabalar ya atların köməyilə, ya da insan qüvvəsi ilə sürülərək birbaşa dənizin ortasına çəkilirdi. Kabin dənizdə olduqdan sonra qadınlar suya girə bilərdilər.Arabaların bəziləri birbaşa suya enən və qapalı üzgüçülük sahəsi yaradan kətan çadırlarla təchiz edilmişdir.
Arabaları adətən fiziki gücə malik qadınlar müşayiət  edərək suya girib yenidən arabaya qalxmaqda müştərilərə kömək edirdilər.

Üzməyi bacarmayan qadınlar da çimərlikdən məhrum olmurdular. Belə ki, üzə bilməyən qadınların belinə bir ucu arabaya bərkidilmiş möhkəm kəndir ip bağlanırdı. Mənəvi dəyərlər dəyişdikcə, 1900-cü ildən etibarən bu arabaların sayı əhəmiyyətli dərəcədə azalmağa başlayıb və 1920-ci illərdən sonra bu təcrübə tamamilə aradan qalxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin