Avropanın 13 ölkəsi təbii qaza maksimum qiymət həddinin tətbiqini istəyir

Hazırda oxunan: Avropanın 13 ölkəsi təbii qaza maksimum qiymət həddinin tətbiqini istəyir

96106

Avropa İttifaqının (Aİ) 13 ölkəsi təşkilatın rəhbərliyinə ünvanladığı məktubda idxal olunan istənilən təbii qaza maksimum qiymət həddi tətbiq etməyə çağırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə İtaliyanın “Il Sole 24 Ore” nəşri məlumat yayıb. 

“Getdikcə daha çox Aİ ölkəsi maksimum qiymət həddinin tətbiqi ilə bağlı çağırışlara qoşulur. Bu, ölkələrə inflyasiyanın təsiri ilə mübarizə aparmağa, təchizatçı şirkətlərin həddindən artıq mənfəət əldə etməsini məhdudlaşdırmağa yardım göstərə biləcək yeganə tədbirdir”, - müraciətdə deyilir.
Bu məktuba İtaliya, İspaniya, Polşa, Yunanıstan, Belçika, Malta, Litva, Latviya, Portuqaliya, Sloveniya, Slovakiya, Xorvatiya və Rumıniya imza atıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin