Tokayev Rusiyadan Qazaxıstana gələnlərin təhlükəsizliyindən danışdı

Hazırda oxunan: Tokayev Rusiyadan Qazaxıstana gələnlərin təhlükəsizliyindən danışdı

96012

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qismən səfərbərlik fonunda Rusiyadan ölkəyə gələnlərlə bağlı açıqlama verib.

Bizim.Media “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, o, həmin şəxslərin təhlükəsizliyinin qeydinə qalınmalı olduğunu deyib.

“Son günlər Rusiyadan bizə çox adam gəlir. Onların çoxu yaranmış çıxılmaz vəziyyətlə bağlı bu addımı atıb. Onların təhlükəsizliyinin qeydinə qalmalı və təhlükəsizliyini təmin etməliyik. Bu həm siyasi, həm də humanitar məsələdir”, - Qazaxıstan dövlət başçısı qeyd edib.
Qazaxıstan lideri ölkəyə gələn Rusiya vətəndaşları ilə bağlı rəsmi Moskva ilə müzakirə aparacaqlarını da vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin